Faydalı Məlumatlar

Yanvar 24, 2017 şərh yoxdur

Əziz istifadəçilərimiz, aşağıda siz tərəfdən tez-tez verilən bəzi suallar və onlara bizim cavablarımızı qeyd etmişik. Həmçinin, bu səhifədə sizin üçün maraqlı və faydalı ola biləcək bəzi məlumatları da toplamışıq. Qeyd edək ki, bu sual-cavablar və məlumatlar yenilənməyə davam edəcəkdir. Hər hansı bir sualınız olduğu təqdirdə bu səhifəyə göz gəzdirməyinizi xahiş edirik, ümidvarıq ki, beləlikə sizə maraqlı olan informasiyanı və ya cavabı tapacaqsınız.  Aşağıdakıları nəzərdən keçirtdikdən sonra hələ də sualınıza cavab tapmamısınızsa sizdən bizimlə əlaqə saxlamağınızı xahiş edirik.


Sual və Cavablar

 

Necə saytda yerləşdirdiyim elanı silə və ya dəyişə bilərəm?

Əgər bizim saytda hesab açmısınız və elanınızı da hesabınıza daxil olduqdan sonra paylaşmısınızsa sadəcə olaraq yenidən hesabınıza daxil olun və “Mənim Hesabım” səhifəsinə keçin. Burada sizin verdiyiniz bütün elanlar sıralanacaq. İstədiyiniz elanı seçib müvafiq düyməni sıxmaqla elanınızı dəyişdirə və ya silə bilərsiniz. Yox əgər hesabınız yoxdursa və elanınızı heç bir hesab istifadə etmədən paylaşmısınızsa bu zaman siz elanda qeyd edilən nömrə və ya email ünvanı vasitəsilə bizimlə əlaqə saxlayaraq elanın aşağısında göstərilən kodu təqdim edib silinmə və ya dəyişmə əməliyyatını istəyə bilərsiniz.

 

Elanımı necə yuxarı sıralara çəkə bilərəm?

Elanınızı uzun müddət yuxarı sıralarda saxlamaq üçün bizimlə hər hansı yolla (email, zəng, facebook) əlaqə saxlayıb elanınızın aşağısında göstərilən elan kodunu və elanınızı yuxarı sıraya çəkmək istədiyinizi bildirməyiniz kifayətdir. Bu xidmət üçün hal hazırda qiymət həftəlik 5 manat təşkil edir.