Elandiyanın saytı yenilənir

Yanvar 22, 2017 şərh yoxdur Kateqoriya: Xəbərlər

Elandiya new design

Elandiya Azərbaycan ərazisində alıcılarla satıcıları birləşdirən bir elan platformasıdır. Elandiyada elan paylaşmaq üçün elanın xüsusi bir növdə olması kimi bir məhdudiyyət yoxdur, ilk gündən etibarən dediyimiz kimi – “Hər Növ Elanlar”.

Elandiya 2012-ci ildən etibarən Facebook sosial şəbəkəsində səhifə olaraq fəaliyyətə başlamışdır. Bu müddətdə Elandiyada müxtəlif növlərdə elanlar paylaşılmış, istifaçilərin axtardıqlarını minimum müddətdə tapmaqları üçün köməklik edilmişdir. Bu dövrlərdə Facebook səhifəmiz yüksək həddə aktiv və effektiv idarə olunmasa belə illər ötdükcə səhifə istifadəçilərinin davamlı artışı müşahidə olunurdu, həmçinin istifadəçilərin marağı da kifayət qədər var idi. Bu səbəbdən 2016-ci ilin iyul ayında etibarən Elandiyaya web sayt yaratmaqla daha bir üst səviyyəyə atlamağa və daha bir online mənzil əldə etmək qərarına gəldik. Və web saytımızı yaratdıq – www.elandiya.com. Saytımızın bu versiyasını daha çox “test” olaraq qəbul etdik. Növbəti mərhələyə keçməyimiz üçün bu bizə kifayət qədər məlumat və fikirlər verdi. Təqribən 6 aya yaxın müddətdə müəyyən müşahidələr etdik və 2017-ci ilin əvvəlində saytımızı yenidən dizayn etdik. Bu dəfə daha rahat, sadə interfeysə üstünlük verdik… Hələlik sözlərimiz bitir, amma indi söz sizdədir əziz Elandiya istifadəçisi.

Məqaləni oxuduğunuz üçün təşəkkür etdi,
Elandiya Komandası

shares