Azərbaycanda dollarla əməliyyatların həcmi 3 dəfədən çox azalıb

Aprel 11, 2017 şərh yoxdur Kateqoriya: Xəbərlər

2017-ci ilin fevral ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

Bu barədə APA-Economics Mərkəzi Bankın statistikasına istinadən xəbər verir.

Məlumata əsasən, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 3,18 dəfə  azalıb.

Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 3,21 dəfə azalıb. Başqa sözlə, fevralda  ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 247 mln. 736,3 min ABŞ dolları olubsa, 2016-cı ilin fevralında 796 mln. 463,3 min manat təşkil edib.

Bu ilin fevral ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı
125 mln. 4 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,62 dəfə azdır. Fevralda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 122 mln. 732,3 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,82 dəfə azdır.

 

shares