Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin AZ2023008686 ISIN-li, 25 mln manatlıq, 18 il (6 480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Report.az BFB-yə istinadən məlumat yayıb. Yerləşdirmə zamanı hərrac qiyməti 1 005,0833 manat olub.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 mln. manat təşkil edib və istiqrazların hamısı yerləşdirilib.
Qiymətli kağızların ödəmə tarixi 6 iyun 2035-ci ildir.